8 noyabrda, “Çoxmillətli Gürcüstan”ın təşkilatçılığı ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Gürcüstandakı səfiri Mark Kleyton “SEREC”in Ninotsminda filialında qonaq olub. Görüşdə Samtsxe-Cavaxetidə fəaliyyət göstərən qeyri-hökumət təşkilatı nümayəndələri iştirak ediblər. Qonağı “SEREC”in Ninotsminda üzrə koordinatoru A.Zalalyan qarşılayıb. Mark Kleyton “SEREC” layihəsindən başqa, bələdiyyədə və ümumiyyətlə, regionda təhsil, səhiyyə, kənd-təsərrüfatı sahəsindəki problemlərlə, mövcud vəziyyətlə maraqlanıb. Səfir görüşdə qeyd edib ki, Birləşmiş Krallıq Gürcüstanın gücləndirilməsi və ölkənin demokratik inkişafı ilə maraqlanır. O, eləcə də bu kimi görüşlərin gələcəkdə də planlaşdırılması və təşkil edilməsi üçün hazır olduqlarını qeyd edib. Səfirin gəlişini regional media, TV Parvana və “Nor” radiosu işıqlandırıb.
tövsiyə
Axalkalakinin “Serec” ofisində yeni, “Aqrolab” kənd-təsərrüfatı laboratoriyasının təqdimatı keçirilib....
Gürcüstan Strateji Araşdırmalar və İnkişaf Mərkəzi (CSRDG) icma layihələrinə...
Amerika Birləşmiş Ştatlarının İnkişaf Agentliyi USAİD-in maliyyə dəstəyi ilə...