Avropa Fondu başlanğıc (ilk) inkişaf mərhələsində olan, mülki ictimai təşkilatları kiçik qrant müsabiqəsində iştirak etməyə çağırır.
Müsabiqənin məqsədi aktual olan icma problemlərini aşkarlamaq və sonra onları həll etmək üçün, kiçik təcrübəsi olan icma təşkilatlarının gücləndirilməsi, eləcə də yerli səviyyədə qərarların qəbul edilməsi prosesində onların iştirakına dəstək olmaqdır.
Qrant müsabiqəsinin əsas məqsədləri bunlardır:
- Yeni təsis edilmiş mülki ictimai təşkilatların, vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlığı və müxtəlif maraqlanan tərəflərlə tərəfdaşlığı yolu ilə gücləndirilməsi.
- Yerli səviyyədə aktual olan problemlərin aşkarlanması və sonra onların həlli üçün, əhali, təcrübəli ictimai təşkilatlarla və media ilə əməkdaşlıqla mülki ictimai təşkilatların mülki monitorinqi və advokatlaşdırmaya dəstək olmaq.
Layihə üçün müraciətlərin yekun vaxtı 2021-ci ilin 16 iyul tarixidir.
Xahiş edirik, ətraflı məlumat almaq üçün linkə daxil olun
https://jobs.ge/ge/?view=jobs&id=308864,
Yaxud “Azlıq İcmlarının Sosial və İqtisadi Hüquqlarının Gücləndirilmə mərkəzi”-nin aşağıda qeyd edilmiş ünvanlarına müraciət edə bilərsiniz. Müsabiqədə iştirak etmək istəyənlərə mərkəzin ekspert-məsləhətçiləri yardım göstərəcək.
Axalkalaki: Çarentsi k. #18/1
Ninotsminda: Puşkin k. #49a
Marneuli: Qamsaxurdiya k.#4
Qardabani: Leselidze k. 1 kvartal, 1 korpus