Avropa İttifaqının Müşahidəçilər Missiyasının (EUMM) Etimadın Bərpası Fondu (CBF)
proqram təqdim edir. Proqramın məqsədi Gürcüstabda inzibati sərhəd xəttlərindən kənar
etimadın bərpa edilməsi üçün kiçik layihələrin maliyyələşdirilməsi və onlara dəstək olmaqdır.
2015-ci ildən bu yana, Etimadın Bərpa Edilməsi Fondunun yaradılmasından sonra 70 layihədən
artıq layihə həyata keçirilib. Proqram ictimaiyyətin hər hansı sahəsində xidmət göstərən və
demokratiya, gənclik, insan hüquqları, jurnalistika və eləcə də peşə bacarıqlarının inkişafı kimi
məsələlərə yönəlmiş təşkilatlar, şirkətlər və başqa hüquqi şəxslər üçün açıqdır. Maraqlanan
tərəflər 23,000 avroya qədər dəyərdə təşəbbüslər üçün müraciət edə bilərlər. Təşəbbüslərin
həyata keçirilməsi maliyyələşdirilmə aldıqdan 6 ay ərzində həyata keçirilməlidir.
Müraciət, müraciət etmə prosesi, müddət və praktiki tövsiyələr haqqında sonrakı linkdən
məlumat ala bilərsiniz:
https://eumm.eu/en/confidence-building-facility-2023
Layihə konsepsiyasının təqdim edilməsi üçün son vaxt: 2023-cü il 14 aprel, saat 17:00
Müraciətlərin qəbulu haqqında məlumatlandırıcı görüş keçiriləcək (onlayn): 16 mart, saat 13:00-
14:30.
Xahiş edirik 14 marta qədər, CBF@EUMM.EU – elektron poçt ünvanına məktub göndərməklə,
iştirakçının adı, soyadı, elektron poçt ünvanı, təşkilatı qeyd etməklə iştirakınızı təsdiq edəsiniz.
Əlaqə üçün məlumat:
Qrant ərizəsinin təqdim edilməsi proseduru ilə bağlı hər hansı sualınız olarsa, CBF@EUMM.EU
ünvanında bizimlə əlaqə saxlayın. Martın 20-dək suallarınızı CBF@EUMM.EU ünvanına
göndərin. Açıqlamalar və cavablar martın 27-dən gec olmayaraq veriləcək.