“Çoxmillətli Gürcüstan” Ümumi-Vətəndaş Hərəkatının təşkilatçılığı ilə Gürcüstandakı akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri Axalkalaki və Ninotsmindaya səfər ediblər. Səfər çərçivəsində diplomatlar yerli qeyri-hökumət təşkilatları və media nümayəndələri ilə görüşüblər. Yerli özünüidarə rəhbərləri ilə də görüşlər keçirilib.
Axalkalaki və Ninotmsindanın “Serec” ofislərində, səfirlərlə keçirilmiş görüşdə ölkədə etnik azlıqların qarşısında duran problem və ehtiyaclardan, eləcə də gələcək planlardan, perspektivlərdən, əməkdaşlıqdan, o cümlədən turizmin inkişafı və müxtəlif qrant proqramlarının cəlb edilməsi barədə danışılıb.
“Çoxmillətli Gürcüstanın” rəhbəri Arnold Stepanyan qonaqları həyata keçirilən layihələrlə və bələdiyyələrin fəaliyyətinin nəticələri ilə tanış edib. Yekunda isə qonaqlara, Litvanın Gürcüstandakı səfiri cənab Andrius Kalindraya, Latviyann Gürcüstandakı səfiri xanım Edit Medniyə, Estoniyanın Gürcüstandakı səfiri xanım Liana Kaliurandiyə, eləcə də Daniyanın Gürcüstandakı səfiri xanım Ane Toft Sorensenə və Gürcüstanda Norveç səfirinin səlahiyyətlərini icra edən cənab Marko Soldikə səmimiliyi və əməkdaşlığına görə minnətdarlığını bildirib.