Avropa İttifaqı və “Konrad Adenauri Fondu” tərəfindən maliyyələşdirilmiş “Mülki İctimai Təşəbbüs” (STAR İnitative) çərçivəsində, “Məsləhət və Təlimlər Mərkəzi” (CTC) yerli ictimai təşkilatlar üçün bələdiyyənin şəffaflığı və hesabatlılığına dəstək olmaq üçün kiçik qrant müsabiqəsi elan edir.
Gürcüstanda qeydiyyatdan keçmiş qeyri-kommersiya hüquqi şəxslər qrant müsabiqəsində iştirak edə bilər:
** Qeyd olunmuş regionda minimum 3 illik iş təcrübəsi var;
** Onun təklif etdiyi layihə komandasının ən az iki nümayəndəsi, müsabiqə çərçivəsində 2022-ci ilin fevral-mart dövründə keçirilmiş “yerli özünüidarənin indeksi, 2021-ci ilin qiymətləndirilməsinin nəricələri və çatışmazlıqları” vebinarında iştirak edib;
Müsabiqədə “Mülki İctimaiyyətin Təşəbbüsü (STAR İnititative)” layihəsinin mülki ictimai regional mərkəzləri iştirak edə bilməyəcəklər.
Müsabiqədə iştirak etməklə maraqlanan təşkilatlar növbəti linkdə qeydiyyatdan keçə bilərlər: https://forms.gle/b2zCdxdGUKmQ4VAR6
Müsabiqədə iştirak etməklə maraqlanan təşkilatlar, 2022-ci il 20 fevral saat 18:00-a qədər, növbəti linkdə qeydiyyatdan keçə bilərlər: https://forms.gle/b2zCdxdGUKmQ4VAR6
Müsabiqənin təşkilatçıları qeydiyyatdan keçmiş təşkilatlarla hazırlıq vebinarı ilə bağlı əlaqə saxlayacaqlar.
Qrant üçün müraciətlərin son göndərilmə vaxtı 2022-ci ilin 25 mart tarixi, saat 12:00-dur. Layihə və büdcə gürcü dilində, təqdim edilmiş formaya əsasən göndərilməlidir.
Sənəd qeyd olunan elektron-poçt ünvanına göndərilməlidir:
vacancy@ctc.org.ge
Əlaqə nömrəsi: 577980883.
Ətraflı məlumat üçün veb-səhifəyə daxil olun:
https://www.jobs.ge/ge/?view=jobs&id=352020
Yaxud “Azlıq İcmalarının Sosial və İqtisadi Hüquqlarının Gücləndirilmə Mərkəzi”-nin
aşağıda qeyd edilmiş ünvanlarına müraciət edə bilərsiniz. Müsabiqədə iştirak etmək
istəyənlərə mərkəzin ekspert-məsləhətçiləri yardım göstərəcək.
Axalkalaki: Çarentsi k. #18/1
Ninotsminda: Puşkin k. #49a
Marneuli: Qamsaxurdiya k.#4
Qardabani: Leselidze k. 1 kvartal, 1 korpus