Qrant müsabiqəsi “Taso Fondu”, “Bərabərlik Fondunun” maliyyə dəstəyi ilə“Gürcüstanda Qadın Fondu” ilə əməkdaşlıqla qadın və qızların ictimai fəallığına dəstək üçün 2 illik proqram həyata keçirir və yerli təşkilatlar, təşəbbüs qruplarının fəaliyyətinə dəstək olmaq üçün müsabiqə elan edir. Məqsədlər: ** Demokratiya, sosial ədalət və sülhün yaradılmasına istiqamətlənmiş icma fəallığına dəstək; ** Qadın məsələləri üzrə işləyən yerli qrup və təşkilatların instutisional gücləndirilməsi və onların fəaliyyətinin davamlılığına dəstək; **Yerli səviyyədə könüllülük mədəniyyətinin tətbiq edilməsi-dəstək göstərmə; ** Qadın hərəkatının gücləndirilməsinə istiqamətlənmiş işin, həmçinin, qadın təşkilatlarının, qrup və mülki fəalların qarşılıqlı əməkdaşlığına dəstək. Şərtlər: **Müsabiqədə Gürcüstanın regionlarında qadın hüquqları üzrə işləyən təşəbbüs qrupları və icma təşkilatları iştirak edə bilər. **Müsabiqə layihələri təqdim olunmuş layihə formasında yazılmalıdır və həmin sənədin (müabiqənin elan edilməsi və iştirak etmək şərtləri) tələblərinə tam riayət etməklə təqdim olunmalıdır. **Demokratiya, sosial ədalət və sülhün yaradılmasına istiqamətlənmiş icma fəallığına dəstəyə yönəldilmiş fəaliyyət; **Təşkilatda/təşəbbüs qrupunda insan resursu, mövcud təşəbbüslər və xeyrxah dəyişikliklər üçün fəaliyyətə hazır olmaq; **Müsabiqə layihəsində nəticə əldə etməyə istiqamətlənmiş inandırıcı planlaşdırma. **Tələb olunan məbləğ qeyd olunduğundan artıq olmamalıdır: Təşkilatlar üçün – 15 000 lari; Təşəbbüs qrupları üçün – 10 000 lari. Əlavə maliyyələşdirmə yaxud şəxsi töhfəniz olduğu halda, xahiş edirik mənbəni (əlaqə məlumatı) qeyd edin. **Layihənin həyata keçirilmə müddəti – maksimum 9 ay. **Əlaqə telefonları: Nino Asataşvili – 588 884576, Ekaterine Dzurdzumia – 577 994237 ** Müsabiqə üçün müraciətlər və sənədlər qeyd olunan el-poçt ünvanına göndərilməlidir: eka@taso.org.ge nino110a@gmail.com Müraciət edənlərin fərdi (telefon) və qrup (“Zoom” məkanda) məsləhətdən keçməsi: 2022-ci ilin 7 fevral tarixi, saat 2-də. Görüşün linki – https://us02web.zoom.us/j/9672273892 Müsabiqə üçün layihələrinin verilməsinin son müddəti 2022-ci ilin 18 fevral tarixidir Əlavə məlumat üçün veb-səhifəyə daxil olun: https://www.jobs.ge/ge/?view=jobs&id=350703 |
yaxud qeyd olunan ünvanlara, “Sosial və İqtisadi Hüquqların Gücləndirilmə Mərkəzlərinə” müraciət edə bilərlər. Mərkəzin ekspert-məsləhətçiləri müsabiqədə iştirak etmək istəyənlərə kömək edəcəklər.
Axalkalaki: Çarentsi k. #18/1
Ninotsminda: Puşkin k. #49a
Marneuli: Qamsaxurdiya k. #4
Qardabani: Leselidze k. 1 kvartal, 1 korpus