Gürcüstan Strategiya və İnkişaf Mərkəzi (GCSD), “Gürcüstan imkanlarının zorakı ekstremizm və radikalizmin aradan qaldırılması üçün gücləndirilməsi” layihəsi çərçivəsində qrant müsabiqəsi elan edir. Müsabiqənin ümumi məqsədi Gürcüstanda hər formada zorakı ekstremizm və radikallaşma ilə mübarizə aparmaqdır.
Müsabiqə çərçivəsində 400 000 lari veriləcək. Bir layihənin minimum büdcəsi 100 000 lari, maksimum isə 400 000 lari təşkil etməlidir. 100 000 laridən artıq layihə üçün müraciət edən təşkilatın minimum bir tərəfdaşının olması məcburidir. Regionlardan olan tərəfdaşlara üstünlük veriləcək.
Müsabiqədə Gürcüstanda qeydiyyatdan keçirilmiş, ən az üç illik iş təcrübəsi olan qeyri-kommersiya hüquqi şəxsləri iştirak edə bilərlər. Eləcə də qeyri-kommersiya media təşkilatları və akreditasiyadan keçmiş ali təhsil müəssisələri də müsabiqəyə qatıla bilər.
Qrant layihəsi üçün müraciətləri 09.06.23, saat 18:00-a qədər göndərmək mümkündür.
Qrant müsabiqəsi haqqında məlumatı təsdiq etmək üçün bizə elektron formada müraciət edə və 5 iyuna qədər suallarınızı qeyd olunan El-poçt ünvanına göndərə bilərsiniz: gcsd@gcsd.org.ge
Qrant layihəsinin xülasəsini göndərdiyiniz zaman, xahiş edirik, başlıqda qeyd edəsiniz: Qrant müsabiqəsi #23-001.
GCSD proqramı, Norveç Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə 2020-ci ildən həyata keçirir.
Əlavə məlumat üçün qeyd olunan linklərə daxil olun: