CENN, Avropa İttifaqının dəstəyi və Jurnalistika Resurs-Mərkəzi (JRC) ilə əməkdaşlıqla, bütün Gürcüstan miqyasında jurnalistləri gənclik mövzusunda, konkret olaraq isə gənclər arasında NEET qrup haqqında müsabiqədə iştirak etməyə çağırır.
Müsabiqə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən „EU4Youth: Yaşıl İnkişaf üçün Sosial Sahibkarlıq Ekosisteminin İnkişafı” layihəsi çərçivəsində həyata keçirilir və onun məqsədi gənclərin problemləri haqqında məlumatlandırılmanın artırılmasıdır. Müsabiqə NEET gənclərə istiqamətlənib. Yayımlanmış açıqlamaya görə, bu işləməyən, təhsil almayan, ictimai həyatda fəal olmayan gənclər qrupudur.
Müsabiqə çərçivəsində 3 ən yaxşı material sonrakı nominasiyalarda mükafatlandırılacaq:
- Ən yaxşı audio-vizual material (Mükafat: texnika üçün 800 larilik vauçer)
- Ən yaxşı audio material (Mükafat: texnika üçün 800 larilik vauçer)
- Ən yaxşı mətn–qrafik material (Mükafat: texnika üçün 800 larilik vauçer)
Müsabiqədə iştirak etmək şərtləri
Maraqlandığınız halda, cari ilin 19 fevral tarixində qədər müsabiqə üçün müraciəti qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz: jrcgeorgia@gmail.com və communications@cenn.org. Başlıqda “CENN/JRC media müsabiqə” qeyd olunmalıdır”. Ətraflı məlumat üçün linkə daxil olun: www.shorturl.at/eMSYZ