Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin İqtisadi Təhlükəsizlik proqramı “Məhsul və xidmətlərin inkişafı üzrə elektron kommersiya eko sisteminə qoşulmaq məqsədi ilə” qrant müsabiqəsi elan edir.
Müsabiqə çərçivəsində, proqram kiçik və orta həcmli müəssisələrə, onların biznes fəaliyyətinin məhsuldarlığını yüksəltmək üçün dəstək göstərəcək. Proqram sahibkarlıq fəaliyyətinin nəticəli olma səviyyəsinin yüksəldilməsini, yeni iş yerlərinin yaradılmasına dəstək olmağı, gəlirlərin artırılmasını, investisiyaların cəlb edilmə potensialının yüksəldilməsini və davamlı inkişafını əhatə edir.
Proqram çərçivəsində bir neçə qrant veriləcək. Hər qrantın həcmi 110 000 laridən artıq olmayacaq.
Müraciətlərin təqdim olunma vaxtı 30 mart, 2022-ci il saat 18:00-dur.
Ətraflı məlumat üçün linkə daxil olun:
https://www.jobs.ge/ge/?view=jobs&id=357597
Yaxud “Azlıq İcmalarının Sosial və İqtisadi Hüquqlarının Gücləndirilmə Mərkəzi”-nin
aşağıda qeyd edilmiş ünvanlarına müraciət edə bilərsiniz. Müsabiqədə iştirak etmək
istəyənlərə mərkəzin ekspert-məsləhətçiləri yardım göstərəcək.
Axalkalaki: Çarentsi k. #18/1
Ninotsminda: Puşkin k. #49a
Marneuli: Qamsaxurdiya k.#4
Qardabani: Leselidze k. 1 kvartal, 1 korpus