Avropa İttifaqının (EU), “Kənd və Kənd Təsərrüfatının İnkişafı üzrə Avropa Qonşuluq Proqramının” (ENPARD) maliyyə dəstəyi, BMT-nin İnkişaf Proqramının (UNDP) dəstəyi ilə, “Kənd İnkişaf Agentliyi” (RDA)“kənd inkişaf proqramı” həyata keçirir.
Proqramın məqsədi yeni iş yerlərinin yaradılması üçün müvafiq şəraiti təmin etmək, sahibkarlığın inkişafına dəstək olmaq, iqtisadi diversifikasiya, kənd təsərrüfatının inkişafına yönləndirilmiş məqsədyönlü tədbirlər və qarşılıqlı maliyyə yolu ilə sektora investisiya cəlb etməkdir.
Proqram müvafiq bələdiyyələrdə iqtisadi diversifikasiya məqsədlərinə nail olmaq üçün xidmət göstərən biznes fəaliyyətlərə, həmçinin, əsasən, bərpa olunan enerjilər tərəfindən, istiliyin təcridi yaxud isti/soyuğun yaradılmasını nəzərə alan bərpa olunan enerji və enerji effektivliyi layihələrinə; Gürcü ənənəvi, əl işlərinin yaradılmasına və s. dəstək olmağı nəzərdə tutur.
Proqramın həyata keçirilməsinin coğrafi arealı sonrakı bələdiyyələrdir: Keda, Xulo, Borjomi, Axalkalaki, Tetritsğaro, Kazbeki, Laqodexi və Dedoplistsğaro.
Müraciətlər 2021-ci ilin 5 noyabr tarixinə qədər qəbul olunacaq.
Xahiş edirik, ətraflı məlumat əldə etmək üçün linkə daxil olun
Yaxud “Azlıq İcmalarının Sosial və İqtisadi Hüquqlarının Gücləndirilməsi Mərkəzlərinə”, aşağıda qeyd olunan ünvana müraciət edə bilərsiniz. Müsabiqədə iştirak etmək istəyən namizədlərə ekspert-məsləhətçilər kömək göstərəcək.
Axalkalaki: Çarentsi k. #18/1
Ninotsminda: Puşkin k. #49a
Marneuli: Qamsaxurdiya k. #4
Qardabani:Leselize k. 1 kvartal, 1 korpus