Qrant müsabiqəsinin məqsədi, onların müdafiəsi və stiqmatizasiya, diskriminasiyası barədə məlumatlandırma səviyyəsinin artırılması vasitəsi ilə Gürcüstanda etnik azlıqlarla bağlı diskriminasiyaya qarşı mədəniyyətin inkişafına dəstək olmaqdır.
Müsabiqənin hədəfləri belədir:
- İnsan haqlarının müdafiəsi baxımından etnik azlıqların məlumatlandırılma səviyyəsinin artırılması
- Etnik azlıqlara hüquqi yardım
- Etnik azlıqların stiqmazisasiya və diskriminasiyasına qarşı mübarizə baxımından məlumatlandırılması
- Etnik azlıqların səhiyyə xidmətləri barədə məlumatlandırılma səviyyəsinin artırılması
Layihə üçün müraciətin dəyəri 10 000 ABŞ dollarından artıq olmamalıdır.
Müsabiqədə yalnız Gürcüstan regionlarında fəaliyyət göstərən mülki ictimai təşkilatlar iştirak edə bilər.
Ərizə təqdim etmək üçün son vaxt 11 oktyabrdır.
Xahiş edirik, ətraflı məlumat almaq üçün linkə daxil olun
https://jobs.ge/en/?view=client&client=undp
Yaxud “Azlıq icmlarının sosial və iqtisadi hüquqlarının gücləndirilmə mərkəzi”-nin aşağıda qeyd edilmiş ünvanlarına müraciət edə bilərsiniz. Orada müsabiqədə iştirak etmək istəyənlərə mərkəzin ekspert-məsləhətçiləri yardım göstərəck.
Axalkalaki: Çarentsi k. #18/1
Ninotsminda: Puşkin k. #49a
Marneuli: Qamsaxurdiya k.#4
Qardabani: Leselidze k. 1 kvartal, 1 korpus