Müsabiqənin məqsədi Ədliyyə Nazirliyi sistemində, nazirliyin səlahiyyətlərini nəzərə almaqla, İnsan Hüquqlarının Müdafiəsinin Gücləndirilməsi, innovativ xidmətlərin tətbiq olunması, məhbusların və keçmiş məhbusların bərpası-sosiallaşdırılmasına dəstək və cinayətin effektiv şəkildə prevensiyası məqsədi ilə tədbirlər həyata keçirməkdir.
Qrantı qazananın müraciəti Gürcüstan Ədliyyə Nazirliyinin səlahiyyətlərini nəzərə alaraq təqdim etməlidir və müraciət nazirliyin sistemində insan haqlarının müdafiəsinin gücləndirilməsinə yönləndirilməlidir. Məsələn, treninqlərin, mülki kampaniyaların, məlumatlandırma tədbirlərinin (Həmçinin, video çarxların hazırlanması), eləcə də xidmət təklif etmə yolu ilə yaxud dəstək proqramlarını tətbiq etməklə edilməlidir ki, qrant proqramının məqsədlərinə nail olunsun.
Qrant müsabiqəsinin son vaxtı qrant müqaviləsi bağladıqdan sonra 3-6 aydır.
Müsabiqənin kvalifikasiya tələbləri:
- Qrant müsabiqəsində iştirak etmək
Qeyri-istehsal (qeyri-kommersiya) hüquqi şəxs yaxud onun filialı, eləcə də Gürcüstanda fəaliyyət göstərən fiziki şəxs iştirak edə bilər
- Qrant ərizəsi ilə tələb olunan qrant həcmi bir layihə üçün 20 000 laridən artıq olmamalıdır.
- Ərizə verənin bir istiqamətdə yalnız bir qrant təklifi təqdim etmək hüququ var.
Qrant layihələrin təqdim edilməsi 30 sentyabr tarixinə qədərdir.
Xahiş edirik, ətraflı məlumat üçün linkə daxil olun
https://justice.gov.ge/Page/index?code=5a620bfc-08d5-4ff4-b88e-c3e8f7c0d129
Yaxud “Azlıq İcmlarının Sosial və İqtisadi Hüquqlarının Gücləndirilmə mərkəzi”-nin aşağıda qeyd edilmiş ünvanlarına müraciət edə bilərsiniz. Müsabiqədə iştirak etmək istəyənlərə mərkəzin ekspert-məsləhətçiləri yardım göstərəcək.
Axalkalaki: Çarentsi k. #18/1
Ninotsminda: Puşkin k. #49a
Marneuli: Qamsaxurdiya k.#4
Qardabani: Leselidze k. 1 kvartal, 1 korpus