Avropa İttifaqı və BMT-nin inkişaf proqramı mülki-ictimai təşkilatları qrant müsabiqəsində iştirak etməyə çağırır.
BMT-nin inkişaf proqramı Avropa İttifaqının maddi dəstəyi ilə „EU4Dialogue: Cənubi Qafqazda və Moldova Respublikasında münaqişələrin transformasiyasına dəstək” layihəsini həyata keçirir. Layihə çərçivəsində yeni fəaliyyətə başlamış mülki-ictimai və ya icma təşkilatları üçün müsabiqə elan olunur.
Müsabiqənin məqsədi Cənubi Qafqaz münaqişəsindən zərərçəkmiş əhali üçün sosial-iqtisadi vəziyyətin, yaşam şəraitinin və insan təhlükəsizliyinin yaxşılaşdırılmasıdır.
Müsabiqə çərçivəsində yerli səviyyədə olan prioritetli ehtiyaclara cavab verən, aşkarlanan problemin qarşılıqlı və gender baxımından həssas analizi nəticəsində müəyyən edilmiş yeni fəaliyyətə başlamış və icma təşkilatları maliyyələşdiriləcək.
Münaqişədən zərərçəkmiş əhali keyfiyyətli səhiyyə və təhsilə müvafiq olmayan əlçatanlıq, gəlirin stabil mənbələrinin çatışmazlığı və təhlükəsizliklə əlaqədar çətinliklər kimi problemlərlə mübarizə aparır. Həmin problemlər onların yaşam şəraitinə əksər hallarda ağır təsir göstərir.
Qeyd olunan vəziyyət qrant təklifində nəzərə alınmalıdır, aşağıda qeyd olunan məsələlərə isə xüsusi diqqət yetirilməlidir:
- Gender bərabərliyinə dəstək.
- Uşaq və gənclər üçün əlavə perspektivlərin yaradılması.
- Həssas qrupların vəziyyətinin yaxşılaşdırılması.
Müraciətlərin son qəbul vaxtı 2023-cü ilin 23 yanvar tarixidir
Qrant müsabiqəsi haqqında əlavə məlumat və texniki detallara veb-səhifədən baxa bilərsiniz.
https://shorturl.at/cjkV7
https://procurement-notices.undp.org/view_notice.cfm?notice_id=9688