BMT-nin İnkişaf Proqramı (UNDP) Avropa İttifaqının maddi dəstəyi ilə qrant müsabiqəsi ( II raund) elan edir. Müsabiqə „EU4Dialogue (komponent 2): Cənubi Qafqazda və Moldova Respublikasında münaqişənin transformasiyası” layihəsi çərçivəsində elan edilib. Layihə „EU4Dialogue”-un daha geniş proqramının ikinci komponentini əks etdirir və Cənubi Qafqazda münaqişədən zərərçəkmiş icmaların yaşam şəraitinin yaxşılaşdırılması, sosial-iqtisadi imkanlara dəstək və insan təhlükəsizliyinin artırılması məqsədi daşıyır. Qrant müsabiqəsinin ikinci raundun Gürcüstana istiqamətlənmiş qrant təkliflərini təqdim etmək üçün müvafiq təşkilatlar dəvət olunublar.
“EU4Dialogue” 2-ci komponentin qrant mexanizminin ümumi məqsədi münaqişədən zərərçəkmiş icmaların sosial-iqtisadi şəraitinin və insan təhlükəsizliyinin yaxşılaşdırılmasıdır. Burada gender bərabərliyinə dəstək və uşaq, gənclərin, eləcə də ictimaiyyətin ən həssas qruplarının perspektivlərinin yaxşılaşdırılmasına diqqət yetiriləcək. Layihənin hədəf qrupu münaqişə nəticəsində zərərçəkmiş əhali, həmçinin, münaqişə nəticəsində zərərçəkmiş regionların sakinləri, məcburi köçkün şəxslər və sərhəd xətti ərazisində yaşayan icmalardır.
Layihə məzmunundan irəli gələrək, bərabər imkanların təmin edilməsi yolu ilə yoxsulluq, diskriminasiya, marqinalizm və təcrid qarşısında olan ən həssas təbəqələrin firavanlığını yaxşılaşdıracaq təşəbbüslərə üstünlük verəcək.
Qrant müsabiqəsi çərçivəsində yerli çağırışların və imkanların birgə və gender baxımından həssas aspektləri nəzərə alınmaqla müəyyən edilən və yerli səviyyədə prioritet ehtiyacların həllinə yönəlmiş icma təşkilatlarının təşəbbüsləri maliyyələşdiriləcək.
Qrant müsabiqəsində münaqişədən zərərçəkmiş regionlarda davam edən və ya planlaşdırılan fəaliyyətlərə birgə və əməkdaşlıqla yanaşmanın istifadəsinə üstünlük veriləcək.
Qrant müsabiqəsi çərçivəsində prioritet ərazilərdə münaqişədən zərərçəkmiş əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmiş qrantlar dəstəklənəcək.
İcma infrastrukturunun, o cümlədən su və kanalizasiyanın əlçatanlığının yaxşılaşdırılması;
Rəqəmsal texnologiyaların əlçatanlığına dəstək;
Həssas/məcburi köçkün insanların həyati ehtiyaclarının təmin edilməsi;
Gəlir mənbəyi əldə etmək imkanının yaxşılaşdırılması;
Mədəniyyət və irs yolu ilə sosial birliyin artırılması, icmaların bir-biri ilə əlaqələndirilməsi məqsədi ilə imkanların inkişaf etdirilməsi.
Qrantın maksimum müddəti 10 aydır.
Hər bir qrant üçün ayrılmış maksimum məbləğ 25, 000 ABŞ dollar təşkil edir.
Təklif olunan qrantların həyata keçirilməsi ilə əlaqədar inzibati xərclər (əməkhaqqılar, gediş haqqı, ofis və digər xərclər) tələb olunan məbləğin 25%-dən artıq olmamalıdır.
Qrant qeyd olunan icma təşkilatına veriləcək:
- Yerli səviyyədə qeyri-kommersiya təşkilatı olaraq qeydiyyatdan keçib;
- Fiziki olaraq qrantın hədəf qrupunu əhatə edən coğrafi ərazidədir.
- Layihəni həyata keçirmək üçün kifayət qədər inzibati, maddi və texniki resursu var.
- Yaxşı olar ki, donorlarla keçmişdə yaxşı işləmək təcrübəsi olsun.
Qrant müsabiqəsinin son qəbul vaxtı 2023-cü il, 23 yanvar, saat 18:00-dur. Təkliflərinizi və sənədləri elektron poçt ünvanına göndərməlisiniz: eu4dialogue@undp.org.
Ətraflı məlumat üçün linkə daxil olun:
https://procurement-notices.undp.org/view_notice.cfm?notice_id=96885