Estoniyanın Tbilisi səfirliyi kiçik qrant layihələri həyata keçirmək üçün aplikasiyaların qəbuluna başlayır.
Kiçik qrant layihələri müsabiqəsində iştirak edə bilərlər:
- Gürcüstan hökumət və ya yerli hakimiyyət orqanları, onlar tərəfindən idarə olunan institutlar;
- Gürcüstanda qeydiyyatdan keçirilmiş və daim fəaliyyət göstərən qeyri-kommersiya təşkilatları və fondlar;
- Estoniyanın hüquqi şəxsləri layihədə yalnız yuxarıda qeyd olunan kateqoriyalara uyğun olan, Gürcüstan institutları ilə əməkdaşlıqda tərəfdaş kimi iştirak edə bilərlər;
Layihə üçün müraciət eston və ya ingilis dilində hazırlanmalıdır. Layihə üçün müraciətlər Estoniyanın Gürcüstandakı səfirliyinə təqdim olunur.
Layihə üçün müraciətlər Estoniyanın inkişaf əməkdaşlığı və humanitar yardımlar strategiyası ilə əlaqədar olmalı, qeyd olunan strategiya ilə müəyyən edilmiş prioritetli sahələri qane etməlidir. Həmin sahələr bunlardır: Təhsil, sülh və stabillik, iqtisadi inkişaf, ictimai və qlobal təhsil haqqında məlumatın artırılması, səhiyyə, demokratiya, qanunun aliliyinə dəstək, ekoloji cəhətdən təmiz inkişaf.
Estoniyanın Xarici İşlər Nazirliyi tərəfindən dəstəklənmiş kiçik qrant layihəsinin maksimum büdcəsi 15 000 avrodur.
Qrantın miqdarı layihənin yolverilən xərclərinin 100%-ni təşkil edir.
Şəxsi xərclərin hissəsi Estoniya Xarici İşlər Nazirliyinin hissəsinin 20%-ni təşkil edə bilər.
Ofis və digər əlavə məsrəflərin hissəsi Estoniya Xarici İşlər Nazirliyinin hissəsinin 7%-ni təşkil
edə bilər.
Xahiş edirik, nəzərə alasınız ki, aplikasiyalar, kiçik qrant müsabiqəsi üçün ayrılmış tam büdcə bitənə qədər mərhələli şəkildə qəbul olunur.
Layihə üçün müraciət Estoniyanın Tbilisidəki səfirliyinə, qeyd olunan El-poçt ünvanına göndərilməlidir: Ketevan.Abazashvili@mfa.ee
Ətraflı məlumatı qeyd olunan linkdən ala bilərsiniz: