Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi 5 illik iqtisadi idarəetmə proqramı çərçivəsində, davamlı inkişafa dəstək olmaq və qoşulmaq məqsədi ilə QHT və özəl sektorda mövcud olan assosiasiyalara qrant müsabiqəsi elan edir.
Müsabiqənin birinci mərhələsində maraqlanan tərəf iki istiqamətdə konsepsiya göndərməlidir:
- Qrant proqramı çərçivəsində və daha sonra onlar barədə advokatlaşdırma kampaniyalarını araşdıracaq iqtisadi siyasət məsələləri.
- Qrant təklifləri, həmin təkliflər çərçivəsində mülki ictimai təşkilatlar və özəl sektor assosiasiyalarının imkanları gücləndiriləcək və bu da öz növbəsində onların institusional effektivliyinin artırılmasını, maddi davamlılığını təmin edəcək.
Konsepsiya əsas servis təkliflərini, eləcə də yeni formalaşdırılmış tendensiyalara uyğun gələn, icma maraqlarına cavab verənkomleks proqramların həyata keçirilməsinin innovativ yollarını əhatə edə bilər.
Konsepsiyanın əsas strateji oxu donorlardan asılılıq, kövrək davamlılıq, insan resursları azlığı, beynəlxalq donor təşkilatlarla kommunikasiya çətinlikləri, aşağı kooperasiya səviyyəsi, Gürcüstan hökuməti ya biznes ilə kollektiv gücün məhdudlaşdırılması imkanları kimi problemlərə reaksiya göstərmək kimi tədbirlərin həyata keçirilməsi olmalıdır.
Proqram çərçivəsində 4-6 qrant veriləcək. Hər qrantın həcmi lari ekvivalentində 30 000 ABŞ dollar təşkil edir.
Layihənin güman edilən başlama və başa çatmaq vaxtları belədir: 2022-ci ilin 1 iyun-2023-cü ilin 31 may tarixi.
Müsabiqədə Gürcüstanda qeydiyyatdan keçmiş mülki ictimai təşkilatlar, həmçinin, regionlarda fəaliyyət göstərən iqtisadi profili olan mülki ictimai təşkilatlar və özəl sektor assosiasiyaları iştirak edə bilər.
Müraciət edən aplikantlardan, layihə həcmi 25 000 ABŞ dollardan artıq olan SAM və DUNS göstəricilərini təqdim etmək tələb olunacaq.
Əlavə məlumat üçün “Azlıq İcmalarının Sosial və İqtisadi Hüquqlarının Gücləndirilmə Mərkəzi”-nin aşağıda qeyd edilmiş ünvanlarına müraciət edə bilərsiniz. Müsabiqədə iştirak etmək istəyənlərə mərkəzin ekspert-məsləhətçiləri yardım göstərəcək.
Axalkalaki: Çarentsi k. #18/1
Ninotsminda: Puşkin k. #49a
Marneuli: Qamsaxurdiya k.#4
Qardabani: Leselidze k. 1 kvartal, 1 korpus