İkitərəfli müqavilə ilə nəzərdə tutulmuş təqaüd proqramı Çexiya Respublikasının ali təhsil və tədqiqat müəssisələrinin tələbələri, araşdırmaçıları, lektorları üçün, Gürcüstan dövlət ali təhsil, araşdırma müəssisələrinə təhsil və ya tədqiqat səfərləri üçün ayrılıb.
Təqaüd proqramı tam təhsil ilinin maliyyələşdirilməsini nəzərdə tutmur, müvafiq olaraq, proqram çərçivəsində akademik dərəcə və ya diplom almaq mümkün deyil.
1. İngilis dilində bakalavr, magistratura və doktorantura pillələri üzrə qısamüddətli təqaüdlər (təhsil müddəti – bir nəfər üçün 2 aydan 9 aya qədər), ümumi müddəti 27 aydan çox olmamalıdır.
2. Universitetin akademik heyəti və tədqiqatçılar üçün tədqiqat təqaüdü (tədqiqat səfərinin müddəti – 1 nəfər üçün 1 ay), ümumi müddət 2 aydan çox olmamalıdır.
3. Gürcü dilini öyrənmək üçün yay məktəbi təqaüdü (2 yer)
Aplikasiyaların qəbulu – Beynəlxalq Təhsil Mərkəzinin veb-səhifəsində elektron qaydada aparılır: https://app.iec.gov.ge/en.
Sənədlərin təqdimatı ingilis dilində aparılır.
Müraciət etmək müddəti:
- Qısamüddətli təqaüdlər üçün 2023-cü ilin 30 aprelinə qədər;
- Tədqiqat səfəri zamanı, təklif olunan tarixdən 2 aydan gec olmayaraq.
Qalib müsabiqəçiyə nəticələr haqqında məlumat mail vasitəsi ilə verilir. Həmçinin, elektron müraciət platformasında müvafiq statusları dəyişəcək:
- 2023-cü ilin 31 iyul –qısamüddətli təqaüdlər üçün qalib müsabiqəçilərin nəticələrinin elan edilməsi
- Tədqiqat səfələri zamanı, planlaşdırılmış səfərdən 30 gün əvvəl.
Təqdim ediləcək sənədlər, müsabiqənin son tarixləri və proses haqqında ətraflı məlumat üçün əlavə olunan sənədə baxın.
Yay məktəbləri haqqında ətraflı məlumat yaxın gələcəkdə əlçatan olacaq.
www.shorturl.at/gINRY