Beynəlxalq dostluq çətin mərhələdədir, kovid-19 pandemiyası və ondan yaranmış ciddi sosial, iqtisadi problemlərlə qeyri-bərabərlik də artır. Bu isə öz növbəsində vaxtında reaksiya göstərilməsini tələb edir.
3-7 oktyabr tarixində, qeyd olunan məsələnin müzakirə edilməsi məqsədi ilə BMT-nin Ticarət və İnkişaf Konfransının Gənclər Forumu keçiriləcək. Forumda gənclərin, dünya liderləri ilə öz baxışlarını bölüşmək və gənclər tərəfindən hazırlanmış bəyannaməni çatdırmaq imkanları olacaq.
Forumda 18-30 yaşa qədər, ingilis dili bilən, eləcə də ticarət və inkişaf məsələlərinə marağı olan tələbələr və gənc mütəxəssislər iştirak edə bilər.
Məqsədlər:
- Gənclər arasında təcrübəni bölüşmək həvəsi yaratmaq və dünya miqyasında gələcək liderlər arasında əlaqə-münasibətlər şəbəkəsini gücləndirmək
- BMT-nin davamlı inkişaf məqsədlərini həyata keçirməyə yönəlmiş gənclər və dünya liderləri arasında interaktiv dialoqa dəstək olmaq
- Gənc liderlərə sosial və iqtisadi inkişafda problemli məsələlərlə bağlı öz fikirlərini səsləndirməyə dəstək olmaq
- Gənclərin davamlı inkişaf proqramlarına geniş şəkildə qoşulmasına dəstək olmaq
Forumda iştirak etmək üçün ərizələrin son qəbul vaxtı 31 avqust tarixidir.
Ətraflı məlumat almaq üçün xahiş edirik linkə daxil olun: https://unctad15.org/youth-forum
Yaxud “Azlıq İcmalarının Sosial və İqtisadi Hüquqlarının Gücləndirilməsi Mərkəzlərinə”, aşağıda qeyd olunan ünvana müraciət edə bilərsiniz. Müsabiqədə iştirak etmək istəyən namizədlərə ekspert-məsləhətçilər kömək göstərəcək.
Axalkalaki: Çarentsi k. #18/1
Ninotsminda: Puşkin k. #49a
Marneuli: Qamsaxurdiya k. #4
Qardabani:Leselize k. 1 kvartal, 1 korpus