2020-ci ilin oktyabrında, Avropa İttifaqının (EU) dəstəyi ilə 36 aylıq “Gürcüstanın regional inkişafı üçün bacarıqların gücləndirilməsi və işlə təmin etmənin innovativ imkanları” („ Skill Building and Innovative Job Opportunities for Regional Development of Georgia“) layihəsi başladı. Layihə Gürcüstanın üç regionunda: Quria, Kaxeti və Kvemo Kartlidə həyata keçirilir. Layihəni Gürcüstan Strateji Araşdırmalar və İnkişaf Mərkəzi (CSRDG), Gənc Pedaqoqlar İttifaqı (YPU) və Gürcüstan Vətəndaş İnkişafı Assosiasiyası birlikdə həyata keçirir.
Layihənin məqsədi iş axtaranlara, eləcə də məktəb və peşə müəssisələrində təhsil alan gənclərə bazara uyğun olan bacarıqlara dəstək olmaq, müvafiq bilik əldə etmək və bacarıqları inkişaf etdirmək üçün yeni işlə təmin etmə imkanları yaratmaqdır. Bunun nəticəsində gənclər sonradan işlə təmin etmədə mövcud olan imkanlardan effektiv istifadə edə biləcəklər.
Layihə müraciətləri müsabiqəsinin məqsədi işlə təmin etmənin yeni imkanlarının yaradılması məqsədi ilə Gürcüstanın üç regionunda – Quria, Kaxeti və Kvemo kartlidə müxtəlif sektorlar arasında əməkdaşlığa dəstək olmaqdır.
Müsabiqədə Gürcüstanda qeydiyyatdan keçmiş böyük, eləcə də kiçik və ya orta həcmli biznes şirkətlər iştirak edə bilərlər. Onların qeyd olunan regionlarda yeni iş yerlərinin yaradılması ilə bağlı aydın baxış və məqsədləri olmalıdır.
Hər təşəbbüs çərçivəsində 1 il ərzində minimum 8 iş yerinin yaradılması mütləqdir.
Müraciətləri yalnız gürcü dilində təqdim etmək mümkündür. Müraciətlə birlikdə xarici dildə təqdim olunan sənədlərin notarius qaydası ilə təsdiqlənmiş gürcü dilinə tərcüməsi verilməlidir.
Layihə üçün müraciət formasını qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz: apply@csrdg.ge. Başlqıda Biznes şirkətlər üçün layihə müraciət müsabiqəsi qeyd olunmalıdır. Layihə üçün müracitlərin qəbulu 2023-cü ilin fevral ayının sonuna qədər davam edəcək.
Əlavə məlumat üçün linkə daxil olun: https://bit.ly/3Ta3mzA