Axalkalakinin “Serec” ofisində yeni, “Aqrolab” kənd-təsərrüfatı laboratoriyasının təqdimatı keçirilib. “Aqrolab” regionlarda yerli sahibkarlara mobil laboratoriya olaraq xidmət göstərməyi təklif edir.

“Aqrolab” nümayəndələri təqdimat materialları və xidmət göstərmə formaları ilə yanaşı qonaqların diqqətini kartof toxumunda xəstəliklər kimi mühüm problemlərə çəkiblər.

İndiki mərhələdə, artıq Tbilisi və Kutaisidə bu kimi xidmətlərdən yararlanmaq imkanı var. Tələb yarandığı halda Axalkalaki və Axaltsixe nümayəndəliyinin açılması da gözlənilir. Ancaq hələ ki, xidmət altı mobil laboratoriyanı əhatə edir.

Analizlərdən əlavə, xidmət ixtisaslı mütəxəssislərin konsultasiyalarını da əhatə edir.

Laboratoriyanın torpağın, eləcə də məhsulların, həmçinin, balıq, süd məhsullarının, bal və s. 600-ə yaxın müxtəlif növünün analizini etmək imkanı var. Eləcə də torpağın genetik analizini həyata keçirmək şəraiti də var. Bu Gürcüstanda innovativ metoddur. Görüşdə könüllülər Gürcüstan Fermerlər Assosiasiyasına üzv olublar. Assosiasiya nümayəndələri təqdimatda iştirak ediblər. Onlar “Aqrolabla” sıx əməkdaşlıq edirlər.

tövsiyə