Gürcüstanda BMT-nin inkişaf proqramı, Axalkalaki və Tetritskaro bələdiyyələrində, özəl və dövlət bölmələri arasında tərəfdaşlıq vasitəsi ilə kənd fəaliyyətinə dəstək olmaq üçün qrant müsabiqəsi elan edir.
Kənd fəaliyyəti regionun spesifikliyinə görə, insanların ictimai və fərdi nəqliyyat şəbəkəsinin/formalarının inkişafını nəzərdə tutur. Bu öz növbəsində kənd və şəhər arealını bir-biri ilə əlaqələndirəcək, işlə təmin edilməni və digər növ ehtiyacları nəzərə almaqla insanların hərəkət etməsini asanlaşdıracaq.
Üstünlük veriləcək layihələr:
- Həssas qruplara, misal üçün, qadınlara istiqamətlənmiş layihələr;
- Səfərbərlik baxımından yaradılmış, yerlərdə mövcud olan problemlər və çətinliklərin araşdırılmasına və analizinə əsaslanan;
- Mövcud problemlərin həllində davamlı və çoxşaxəli əməkdaşlıq (həmçinin, özəl və dövlət bölməsi) formaları və vasitələrini əhatə edən;
Maliyyə dəstəyinin ən az və ən çox dəyəri belədir: 10 000 – 20 000 ABŞ dollar. Layihənin müddəti 5 aydan artıq olmamalıdır.
Qrant müsabiqəsində mülki ictimai təşkilatlar, eləcə də ENPARD-ın proqramı çərçivəsində təsis edilmiş yerli fəaliyyət qrupları (LAG) və yerli icma qrupları (AMAG) iştirak edə bilərlər.
Layihə üçün son müraciət vaxtı 2022-ci ilin 11 fevral tarixidir.
Əlavə məlumat almaq üçün veb-səhifəyə daxil olun:
https://procurement-notices.undp.org/view_notice.cfm?notice_id=87153
yaxud qeyd olunan ünvanlara, “Sosial və İqtisadi Hüquqların Gücləndirilmə Mərkəzlərinə” müraciət edə bilərlər. Mərkəzin ekspert-məsləhətçiləri müsabiqədə iştirak etmək istəyənlərə kömək edəcəklər.
Axalkalaki: Çarentsi k. #18/1
Ninotsminda: Puşkin k. #49a
Marneuli: Qamsaxurdiya k. #4
Qardabani: Leselidze k. 1 kvartal, 1 korpus