Müsabiqənin məqsədi maddi dəstəyi təmin etmək, eləcə də yerli səviyyədə ictimai dəyişikliklərə dəstək olmağa çağırılan subyektlərə bilgi verməkdir. Həmin subyektlər ictimai həyatın müsbət dəyişiklik aləti olaraq masa tennisindən istifadə edirlər.
Müsabiqə çərçivəsində maliyyələşdirilmiş layihənin uzunmüddətli nəticəsi yalnız masa tennisinin daha yaxşı oynanması bacarığının inkişafı olmamalıdır, həm də qeyd olunan idman növünün məşhurlaşdırılması vasitəsi ilə BMT-nin 17 davamlı inkişaf məqsədinin həyata keçirilməsinə dəstək olmalıdır.
Uğurlu layihənin təxmini nəticəsi belə olmalıdır: biliyin, bacarığın və əhval-ruhiyyənin inkişafı; İcmanın müsbət yöndə dəyişdirilməsi; Sistem və siyasət səviyyəsində dəyişiklik.
Maliyyə dəyəri: 10-35 000 avro.
Layihə üçün son müraciət müddəti 2021-ci ilin 29 sentyabr tarixidir
Ətraflı məlumat almaq üçün, xahiş edirik linkə daxil olun
Yaxud “Azlıq İcmalarının Sosial və İqtisadi Hüquqlarının Gücləndirilməsi Mərkəzlərinə”, aşağıda qeyd olunan ünvana müraciət edə bilərsiniz. Müsabiqədə iştirak etmək istəyən namizədlərə ekspert-məsləhətçilər kömək göstərəcək.
Axalkalaki: Çarentsi k. #18/1
Ninotsminda: Puşkin k. #49a
Marneuli: Qamsaxurdiya k. #4
Qardabani:Leselize k. 1 kvartal, 1 korpus