Aplikasiyalar ən az iki məzun tərəfindən yaradılmış komanda tərəfindən təqdim olunmalıdır.
Maraqlanan şəxslər müraciətlərini 24 fevrala qədər, qeyd olunan elektron ünvana göndərməlidirlər: TbilisiGrants@state.gov.
Fərdi qrant dəyəri 5,000-dən 35,000 ABŞ dollara qədər təşkil edir.
ABŞ səfirliyi aşağıdakı mövzuları əhatə edən ictimai xidmət layihəsi ərizələrini qəbul edəcək:
- Xüsusilə regionun sakinləri üçün Amerika mədəniyyəti və dəyərləri ilə tanışlıq
- İqtisadi firavanlığın gücləndirilməsi, innovasiyalara dəstək, sahibkarlığa həvəsləndirmək, rəqəmsal iqtisadiyyatın inkişafı
- Demokratik dəyərlərin gücləndirilməsi və məşhurlaşdırılması
- İcma inteqrasiyası, inkluzia və tolerantlıq mədəniyyətinin inkişafı-populyarlaşdırılması
- Qadınlar, gənclər və fiziki imkanları məhdud şəxslərin imkanlarının inkişafı
- İşğalın azaldılmasına dəstək və barışığa təşviq etmək
- Kənd məntəqələrində və ya təcrid edilmiş icmalarda mədəniyyətin qorunmasına dəstək olacaq layihələr.
Layihə aşağıda qeyd olunan istiqamətlərdən ən az birini əhatə etməlidir:
- Ümumi maraqlara əsaslanan birgə fəaliyyət imkanlarına malik olan məzunlar şəbəkəsi yaratmaq və ya inkişaf etdirmək üçün müxtəlif mübadilə proqramlarından olan iştirakçıları bir araya gətirmək, həmçinin həm regional, həm də qlobal kontekstlərdə məzunların əməkdaşlığını təşviq etmək.
- Məzunlarla ABŞ hökuməti arasında əlaqələri gücləndirmək, ortaq məqsədlər və problemlər kontekstində qarşılıqlı əməkdaşlığa imkan yaratmaq.
- Məzunlara liderlik bacarıqlarını inkişaf etdirmək və öz icmalarında layihələr həyata keçirmək üçün dəstək olmaq.
Layihə müraciətlərinin həyata keçirilməsinin tövsiyə olunan müddəti: təklif olunan təşəbbüslər 12 ay ərzində tamamlanmalıdır. Layihə təşəbbüslərinin gözlənilən başlama tarixi 2023-cü ilin sentyabrıdır.
Maraqlandığınız halda əlavə məlumatı qeyd olunan linkdən ala bilərsiniz:
https://ge.usembassy.gov/alumni-engagement-innovation-fund/?fbclid=IwAR0R3mnJ3DVUqk0GUu8EFSVD9rphnwyNy8gjZZYEou5ma65MuQEdTGt750M