Şərq-Qərb İdarəetmə İnstitutu açıq qapı qrant müsabiqəsini elan edir: Gürcüstanın özəl və dövlət universitetləri və başqa təhsil müəssisələri üçün hüquqi təhsilin keyfiyyətinin artırılması.
Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAID) maliyyələşdirilən 5 illik USAID Qanunun aliliyi proqramı Gürcüstanda Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən həyata keçirilir.
Proqramın məqsədi Gürcüstanda qanun aliliyinin gücləndirilməsi və sonrakı məqsədələrə nail olmaqdır:
1: Ədliyyə institutlarının müstəqilliyinin və səmərəliliyinin gücləndirilməsi;
2: Hamı üçün qanuna bərabər əlçatanlığın gücləndirilməsi;
3: Ədliyyə institutlarına vətəndaş və institusional nəzarətin gücləndirilməsi.
Qanunun Aliliyi Proqramının birinci məqsədinin əsas istiqamətlərindən biri akademik institutların, digər dövlət və qeyri-dövlət təşkilatlarının dəstəyi ilə Gürcüstanda hüquq təhsilinin keyfiyyətinin yüksəldilməsidir. Açıq qapı qrant mexanizmi universitet və təhsil müəssisələrinin innovativ təkliflərini və yuxarıda qeyd olunan məqsədlərə nail olunmasını dəstəkləyən layihələri dəstəkləyəcək.
USAİD-in Hüququn Aliliyi Proqramı aşağıdakı fəaliyyətləri dəstəkləməklə hüquq təhsilinin keyfiyyətini yüksəltmək və tələbələri təcrübəyə hazırlamaq məqsədi daşıyır:
- Akkreditasiya və milli standartların təkmilləşdirilməsi
- Tədris və hüquq kurikulumunun təkmilləşdirilməsi
- Hüquqi klinik təhsilin inkişafı
Bu müsabiqə USAID-in Qanunun aliliyi proqramı tərəfindən artıq maliyyələşdirilən layihələrin fəaliyyətlərinə şamil edilmir.
Ərizə Gürcüstanın hüquq fakültəsi olan, istənilən dövlət və ya özəl universiteti, eləcə də qeyri-kommersiya hüquqi şəxs kimi qeydiyyatdan keçmiş təhsil müəssisəsi tərəfindən təqdim edilə bilər.
Tbilisidəki universitet/təhsil müəssisəsi üçün ən azı bir regional universitetlə əməkdaşlıq layihənin müsbət tərəfi hesab olunacaq.
Bu mərhələdə USAID-in Qanunun aliliyi proqramının qrantını almamış ərizələrə üstünlük veriləcək.
Qrantın maksimum büdcəsi 6-12 ay müddətində həyata keçirilən layihə üçün 25 000 ABŞ dollar təşkil edir.
Ərizələrin təqdim edilməsi üçün son tarix: 22 sentyabr 2023-cü il, saat 23:59.
Müraciətlər elektron şəkildə gürcü və ya ingilis dillərində aşağıdakı e-poçt ünvanında qəbul edilir: info.rolp@ewmi.org.
Ərizəçi mövzu hissəsində Open-door Grants on Legal Education qeyd etməlidir. Ərizə forması və ətraflı məlumatı linkdə tapa bilərsiniz:
https://www.jobs.ge/ge/?view=jobs&id=410626
Əlavə məlumat lazım olan halda, Hüquq Təhsili və Vəkillər Kollegiyasının İslahat Məsləhətçisi Nino Balançivadze ilə e-poçt vasitəsilə əlaqə saxlayın: nbalanchivadze@ewmi.org.