GCSD – Gürcüstanın Strategiyalar və İnkişaf Mərkəzi “Zorakılıq ekstremizmi və radikallaşmanın aradan qaldırılması üçün Gürcüstanın imkanlarının gücləndirilməsi” proqramı çərçivəsində qrant müsabiqəsi elan edir. Müsabiqənin məqsədi Gürcüstanda müxtəlif formada zorakılıq ekstremizmi və radikallaşma ilə mübarizə aparmaqdır.
Müsabiqədə Gürcüstanda qeydiyyatdan keçmiş qeyri-kommersiya hüquqi şəxslər iştirak edə bilər. Onların ən az 1 illik təcrübəsi olmalıdır; Eləcə də qeyri-kommersiya media təşkilatları və akreditasiyadan keçmiş ali təhsil müəssisələri müsabiqədə iştirak edə bilərlər.
Müsabiqə çərçivəsində iki qrant veriləcək. Bir qrantın maksimum miqdarı 100 000 laridir.
Qrant layihəsini 2022-ci il 21 oktyabr, saat 18:00-a qədər təqdim etmək mümkündür.
Başlıq sütununda – Qrant müsabiqəsi#22-002 qeyd olunmalıdır.
Qrant müsabiqəsi barədə əlavə məlumat üçün qeyd olunan elektron poçt ünvanına müraciət edin – gcsd@gcsd.org.ge, və ya linkə daxil olun shorturl.at/tyJ37
GCSD qeyd olunan proqramı Norveçin Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə 2020-ci ildən həyata keçirir.