Ukrayna böhranına cavab olaraq Gürcüstanda Qadın Fondu “Taso” Fondu ilə birlikdə müharibə, avtoritar rejim və ya həyati təhlükənin mövcud olmasına görə, öz ölkələrindən qaçmalı olan, Gürcüstandakı Ukraynalı və Belorus mülki fəallarına dəstək üçün məqsədyönlü fəaliyyətə başlayır.
Proqramın maliyyə dəstəkçisi “Equality Fund”-dur.
Proqramın tematik istiqamətləri əhatə edə bilər:
- Psixi-sosial bərpa xidmətləri;
- Yaşayış yeri ilə əlaqədar çatışmazlıqlar;
- Qaçqınlar üçün əlverişli təcrübələrin təklif edilməsi;
- Onların işlə təmin edilməsi, təhsili və inteqrasiyasının təmin edilməsi (məktəb, bağça, peşə təhsili, tədris kursları);
- Yerli səviyyədə qaçqın məsələləri və ehtiyaclarının advokatlaşdırılması;
- Digər ehtiyaclar.
Qrant müsabqəsində iştirak edə bilərlər:
- Ukraynalı və ya belorus qadın qrupları ilə işləyəcək, Gürcüstanda qeydiyyatdan keçmiş qadın qeyri-hökumət təşkilatları.
Qrant üçün məbləğ maksimum 5000 CAD təşkil edir.
Layihənin müddəti 4-6 ay.
Suallarınız olan halda bu ünvana yazın: WFsForUkraine@gmail.com
Layihəni təqdim etmk üçün sonuncu vaxt: 2022-ci il 10 sentyabr
Layihə üçün müraciəti qeyd olunan ünvana göndərə bilərsiniz: WFsForUkraine@gmail.com
Ətraflı məlumat üçün linkə daxil olun:
https://www.womenfundgeorgia.org/ka/WhatWeDo/Grantmaking/3623